İsveçrə Milli Bankı (SNB) uçot faiz dərəcəsini gözlənildiyi kimi 75 baza bəndi, yaxud 0.75 faiz bəndi artırıb.
Bu barədə Banker.az İsveçrə Mərkəzi Bankına istinadən xəbər verir.
SNB-nin qərarına əsasən, uçot faiz dərəcəsi mənfi 0.25%-dən müsbət 0.50%-ə qaldırıb.
Ölkə son 8 ildə ilk dəfə uçot faiz dərəcəsini mənfi zonadan çıxarır. 2015-ci ildən 2022-ci ilin martına qədər mənfi 0.75%-də saxlamışdı. Cari ilin martında gözlənilmədən 50 baza bəndi artıraraq mənfi 0.25%-ə yüksəltmişdi.
Bu artımdan sonra hazırda investorlar üçün dünyanın ən etibarlı limanlarından sayılan isveçrə frankı dollara qarşı 0.92% ucuzlaşdı. 1 dollar 0.9755 frank təşkil edir.