2 C
Baku
Sunday, December 15, 2024

İsveçrə hökuməti qışda evini 19°C-dən yuxarı isidən vətəndaşları həbs edəcək

Qazın olmaması səbəbindən hökumətin göstərişini pozaraq qışda evlərdə temperaturu 19 ° C-dən yuxarı saxlamağa görə İsveçrə sakinlərini üç ilə qədər həbs cəzası gözləyir. Bu barədə ölkənin iqtisadiyyat departamentinin mətbuat katibi Markus Spurndli məlumat yayıb.

“Bir ölkənin təchizat qanununun pozulması həmişə qayda pozuntusu və ya hətta cinayətdir”, – mesajda deyilir.

Banker.az bu barədə “RT.ru”ya istinadən xəbər verir.

Qaydanın pozulması halında isveçrəliləri həbs və ya cərimə cəzası gözləyir. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov anti-Rusiya tədbirlərinin enerji böhranına səbəb olduğunu söyləyib.

Son xəbərlər
Digər xəbərlər