1 C
Baku
Saturday, December 14, 2024

İsveçrə İran şirkəti və rəsmilərinə qarşı sanksiyalar tətbiq edib

İsveçrə Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə İranın bir şirkətinə və üç rəsmi şəxsinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İsveçrə hökuməti bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə bağlı “Şahid Hava Şirkəti”, Hüccətullah Qureyşi, Səid Ağacani və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiriyə qarşı sanksiyalar tətbiq edib.

İsveçrə hökumətinin açıqlamasında Ukrayna savaşında Rusiyaya kamikadze və zərbə dronları göndərilməsi səbəbilə İranın bir şirkətinə və 3 rəsmisinə qarşı sanksiyalar tətbiq edildiyi bildirilib. Onlara qarşı səyahət və ticarət qadağası tətbiq edilib, həmçinin əmlaklarına həbs qoyulması ilə bağlı qərar verilib və qara siyahıya salınıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər