8 C
Baku
Wednesday, January 7, 2026

İsveçrə Maduronun aktivlərini dondurub

İsveçrə Federal Şurası Venesuela prezidenti Nikolas Maduronun aktivlərinin dondurulması barədə qərar qəbul edib. Bu barədə ölkə hökumətinin bəyanatında bildirilir.

“Federal Şura Nikolas Maduraya və onunla əlaqəli digər şəxslərə məxsus İsveçrədəki bütün aktivlərin dərhal dondurulması barədə qərar qəbul edib. Federal Şuranın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır”, — deyə bəyanatda qeyd olunur.

2026-cı il yanvarın 3-də ABŞ Venesuelaya zərbə endirib və prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayıb. ABŞ-də ölkə liderini narkokartelin yaradılması ilə bağlı cinayətlər üzrə məhkəməyə cəlb etməyi planlaşdırırlar. Hazırda Venesuela prezidentinin vəzifələrini respublikanın vitse-prezidenti Delsi Rodrigez icra edir.

Daha əvvəl Çin ABŞ-nin Kuba və Kolumbiya ünvanına səsləndirdiyi hədələrə reaksiya verib.

Son xəbərlər
Digər xəbərlər