9 C
Baku
Thursday, December 26, 2024

İsveçrə NATO ilə yaxınlaşmanı nəzərdən keçirir

İsveçrənin Müdafiə Nazirliyi NATO ilə yaxınlaşmanı nəzərdə tutan ölkənin təhlükəsizliyinin qorunması variantları haqqında hesabat hazırlayır, Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hesabat birgə hərbi təlimlər, yüksək səviyyəli görüşlər və İsveçrə komandirləri ilə NATO siyasətçiləri arasında müntəzəm görüşləri nəzərdə tutur. Ölkənin birliyə daxil olmağı müzakirə edilsə də, Müdafiə Nazirliyinin təhlükəsizlik siyasəti departamentinin rəhbəri Paelvi Pulli bu variantı ən az ehtimal olunan hesab edir.

Hesabat 2022-ci ilin sentyabr ayının sonuna qədər hazır olacaq, sonra isə İsveçrə parlamentində baxılacaq.

Xatırladaq ki, 1815-ci ildə Vyana konqresində İsveçrə neytrallıq siyasəti seçib və bu siyasət Fransanın müstəqillik müharibələrinə son qoyub. O vaxtdan bəri ölkə beynəlxalq silahlı münaqişələrdə iştirak etməyib.

1907-ci il Haaqa Konvensiyasına görə, İsveçrə beynəlxalq silahlı münaqişələrdə iştirak etmir, döyüşənlərə silah və ərazi vermir.

Son xəbərlər
Digər xəbərlər