9 C
Baku
Thursday, December 12, 2024

İsveçrə ölkəni əbədi tərk etmələri üçün dilənçilərə pul ödəyəcək

İsveçrənin Bazel-Ştadt kantonunun rəhbərliyi bir də heç vaxt İsveçrəyə dönməmək öhdəliyi götürən avara və dilənçilər üçün Avropanın istənilən ölkəsinə bilet alışının ödənilməsinə qərar verib.

TASS xəbər verir ki, bu barədə İsveçrə mətbuatı yazıb.

“20 Minuten” nəşrinin məlumatına görə, kanton rəhbərliyi vətəninə qayıtmaq istəyən hər bir dilənçiyə qatar bileti və ya aviabilet, habelə 20 İsveçrə frankı verməyə hazırdır. Bunun əvəzində şəxsin artıq “ən azı bir müddət” İsveçrəyə dönməyəcəyinə dair sənədi imzalaması lazımdır. Bu öhdəliklərə əməl edilməməsi dərhal deportasiya ilə nəticələnəcək.

Qeyd olunur ki, bu təklifdən artıq 31 nəfər istifadə edib. Onlardan 14 nəfər Rumıniya, 7 nəfər Belçika, 7 nəfər Almaniya, 2 nəfər İtaliya və 1 nəfər Fransadandır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər