12 C
Baku
Thursday, November 14, 2024

İsveçrə oteli bir gecəsi 2000 dollaradək olan “karantin otaqlar” təklif edir

İsveçrənin “Le Bijou” otel şəbəkəsi, qonaqlarına “karantin otaqlar” da gecələməyi təklif edib. Tibbi xidmətlər və koronavirus testi olan bu otaqda bir gecənin qiyməti 800-2000 dollar arasında dəyişir. Qeyd edildiyi kimi, qonaqların sağlamlığına gecə-gündüz nəzarət ediləcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Hesabatda bu cür otaqları təklif edən bütün otellərin xəstəxanalar yaxınlığında yerləşdiyi bildirilir. Qiymətə koronavirus testi (500 dollar) və İsveçrənin “Double Check” klinikasının mütəxəssisləri tərəfindən tibbi müayinələr daxildir. Bundan əlavə, qonaqlar yemək sifariş edə və ya şəxsi aşpazın xidmətlərindən istifadə edə bilərlər. “Le Bijou” bütün yeməklərin “səhiyyənin yüksək standartlarına” cavab verəcəyini vəd edir.

Apartamentlər həmçinin icarəyə verilə bilər. Karantində işləyənlər yüksək sürətli internet və yemək sifariş etmək imkanı ilə təmin ediləcəklər.
Şirkət nümayəndəsi əlavə olaraq bildirir ki, əgər otellər “qonaqları təhlükəsiz və rahat yaşayış yeri ilə təmin edə bilirlərsə, bağlanmağın heç bir mənası yoxdur”.

Son xəbərlər
Digər xəbərlər