7 C
Baku
Sunday, December 15, 2024

İsveçrə Prezidenti Ukraynaya səfər edib

İsveçrə Prezidenti İqnazio Kassis Ukraynada səfərdədir.

O, bu barədə tviterdə yazıb.

Dövlət başçısı bildirib ki, məqsəd mövcud durum, humanitar vəziyyət və ölkənin bərpasına hazırlıqla bağlı işlərlə tanış olmaqdır.

İ. Kassis həmçinin Ukraynaya sonuncu səfərinin bir il əvvəl baş tutduğunu xatırladıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Ukrayna ərazisini qeyri-qanuni ilhaq etməsinə cavab olaraq İsveçrə Rusiyadan olan 30-dan çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər