İsveçrə qızıl istehsalçıları Donald Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, ABŞ-də yeni zavodlar açmağı planlaşdırmırlar.
Bu barədə “Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb.
Keçmiş diplomat Tomas Borer qızıl emalının bir hissəsini ABŞ-yə köçürməyi təklif edib, lakin yerli qızıl istehsalçıları bu fikri dəstəkləməyiblər. NZZ-nin məlumatına görə, qiymətli metal istehsalçıları son vaxtlar ABŞ-yə böyük həcmdə qızıl ixrac edir ki, bu da Vaşinqtonda narazılığa səbəb olub. İddialara görə, ABŞ-nin demək olar ki, bütün İsveçrə mallarına 39 faiz rüsum tətbiq etməsinin səbəblərindən biri də budur.
İsveçrədəki siyasətçilər və iş adamları qızıl ixracını çətinləşdirməyi və hətta məhdudlaşdırmağı təklif edirlər. Qiymətli metalların ixracına əlavə vergi də müzakirə olunub.
Bundan əlavə, şirkətlər xatırladırlar ki, Swiss made İsveçrə istehsalı olan qızılın keyfiyyət nişanıdır. Bu, hasilatın xaricə köçürülməsi ilə zədələnə bilər.