İsveçrə Federal Şurası Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
200 nəfər maliyyə sanksiyalarına və səyahət məhdudiyyətinə məruz qalıb. Avropa İttifaqından fərqli olaraq, İsveçrə hakimiyyəti ölkənin coğrafi mövqeyinə görə nəqliyyat kommunikasiyalarına məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib.
İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin təsdiq etdiyi məhdudiyyətlər siyasət, sənaye, media və silahlı qüvvələrdən olan şəxslərə, həmçinin əsas oliqarxlara və onların ailə üzvlərinə aiddir.