10 C
Baku
Friday, December 13, 2024

İsveçrə Rusiyanın aktivlərinin bir qismini blokdan çıxarır

sveçrə hakimiyyəti Rusiyanın 3.4 milyard dollarlıq aktivlərini blokdan çıxarıb. Qeyd edək ki, bu, dondurulmuş aktivlərin ümumi məbləğinin təxminən üçdə biridir.

Banker.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

Xatırladaq ki, aprel ayının əvvəlində İsveçrə Rusiyanın 7.5 milyard dollarlıq aktivlərini dondurub. Daha sonra onların həcmi 9.7 milyard dollara çatıb. Rusiya hökumətinin 5 mart 2022-ci il tarixli sərəncamı ilə İsveçrə dost olmayan ölkələr siyahısına daxil edilib. Belə ki, ölkə bitərəfliyi elan etməsinə baxmayaraq, Rusiya əleyhinə sanksiyalara qoşulub.

Son xəbərlər
Digər xəbərlər