10 C
Baku
Friday, December 13, 2024

İsveçrə Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə qoşulub

İsveçrə Rusiyaya qarşı ən son qəbul olunan 12-ci sanksiyalar paketinə qoşulub.

Bu barədə Konfederasiyanın Federal Şurasının (İsveçtə hökuməti) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsveçrə Avropa İttifaqı (Aİ) tərəfindən, Rusiyaya qarşı tətbiq edilməsi üçün, bir müddət əvvəl təsdiq edilmiş 12-ci paketdə yer alan sanksiyalara qoşulub.

Qeyd edək ki, 14 dekabrda Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib. Bununla da İttifaq Rusiyadan həm də almaz idxalına qadağa qoyub. Yeni sanksiyalar paketi ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri nəzərdə tutur, həmçinin 29 Rusiya şirkəti və bir neçə şəxs qara siyahıya salınıb.

Yuxarıda sadalananlardan əlavə olaraq, Rusiyadan maye propan qazının, litium batareyaları və PUA-lar üçün komponentlərin idxalına qadağa qoyulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər