İsveçrə Federal Şurasının mətbuat xidməti xəbər verir ki, İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Banker.az-ın məlumatına görə, sanksiyalar arasında Rusiya qızılına embarqo da daxildir. Bundan əlavə, İsveçrə Sberbank-ın aktivlərini dondurmaq qərarına gəlib- ona vəsait, iqtisadi resurslar və ya texniki xidmətlər təqdim etmək qadağandır.
Beləliklə, İsveçrə hökuməti iyulun 21-də Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 7-ci paketini təkrarlayıb. O zaman, Aİ Rusiya qızılının idxalını qadağan etmişdir.
Rusiya qızıl hasilatına görə dünya liderlərindən biridir. 2021-ci ilin sonunda Rusiya Federasiyası 15,3 milyard dollardan çox qızıl ixrac edib.