16 C
Baku
Tuesday, October 21, 2025

İsveçrə saatlarının ABŞ-yə ixracı Trampın idxal rüsumlarına görə 55% azalıb

Sentyabr ayında İsveçrə saatlarının ixracı illik ifadədə 3,1% azalaraq 2 milyard İsveçrə frankına (təxminən 2,5 milyard dollar) düşüb. Bununla yanaşı, ABŞ-yə ixrac — İsveçrə saat istehsalçıları üçün ən böyük bazar — 55% azalaraq 198,5 milyon dollara enib. Bu məlumat İsveçrə Saat Sənayesi Federasiyasının hesabatında yer alır.

İsveçrə saatlarının ixracı ardıcıl ikinci aydır ki, azalır. Mütəxəssislər bunu Donald Tramp administrasiyasının İsveçrə məhsullarına 39%-lik idxal rüsumu tətbiq etməsi ilə əlaqələndirirlər.

ABŞ-yə ixracın azalması fonunda digər ölkələrə göndərişlər artıb:

– Böyük Britaniyaya — 15,2%,

– Çinə — 17,8%,

– Cənubi Koreyaya — 21,5%,

– Hindistana — 28,3% artım qeydə alınıb.

Bununla belə, İsveçrə məhsullarının ABŞ-yə ümumi ixracı sentyabr ayında avqustdakı 20%-lik azalmadan sonra 43% artıb. İsveçrə Gömrük İdarəsinin məlumatına görə, III rübün yekununda ümumi ixrac həcmi yenə də 8% azalıb.

Son xəbərlər
Digər xəbərlər