“VNT SA” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olundu
Banker.az xəbər verir ki, “VNT SA” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi fəaliyyətinin ləğv olunduğunu elan edib.
Məlumata əsasən, nümayəndəliyin kreditorları iki ay müddətində tələblərini rəsmi qaydada təqdim etməlidirlər. Tələblər aşağıdakı ünvana göndərilə bilər: AZ1018, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 75e.
“VNT SA” İsveçrənin Cenevrə şəhərində yerləşən bir “Səhmdar Cəmiyyəti”dir. “VNT SA” neft, qaz, kimyəvi məhsullar, kənd təsərrüfatı məhsulları (məsələn, şəkər) ticarətində vasitəçilik rolunu oynayır.








