19 C
Baku
Friday, September 12, 2025

İsveçrə şirkəti Azərbaycandakı filialını bağlayır

İsveçrənin “Renoir Consulting LLC” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Banker.az filialın elanında istinadən xəbər verir ki, kreditorlara iki ay müddətində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 64, mənzil 13 ünvanına bildirmək imkanı verilib.

Qeyd edək ki, “Renoir Consulting” beynəlxalq menecment konsultasiya şirkətidir. 1994-cü ildə qurulan şirkət əməliyyatların optimallaşdırılması, rəqəmsal transformasiya və korporativ idarəetmə sahələrində fəaliyyət göstərir.

Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir və dünyanın 50-dən çox ölkəsində layihələr həyata keçirir.

Şirkət 2017-ci ildən Azərbaycanda fəaliyətdə idi. Onun direktoru Ranganathan Ganesh-dir.

Son xəbərlər
Digər xəbərlər