İsveçrə Federal Şurası Ukraynanın enerji infrastrukturunun təmiri planının gerçəkləşdirilməsi üçün 100 milyon İsveçrə frankı (100 milyon dollar) ayırmağa qərar verib.
Bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş bəyanatda qeyd olunub.
Məlumata görə, iclas zamanı Federal Şura yaxınlaşan qışın Ukrayna əhalisi üçün fəsadlarını yumşaltmaq üçün tədbirlər planı barədə qərar qəbul edib.
İsveçrənin Ukraynanın enerji infrastrukturunun təcili təmiri layihələrini maliyyələşdirəcəyi bildirilib.
Həmçinin qeyd olunub ki, Mərkəzi Avropa ölkəsi Ukraynanın enerji şirkətlərinə enerji mənbələrinin alınmasında köməklik göstərəcək, relslərin bərkidilməsi sistemlərinin təmirinə töhfə verəcək, humanitar yardım göstərəcək. Bundan əlavə, İsveçrə rəhbərliyi Ukraynaya mümkün generatorlar, nasoslar və ya su təmizləyici qurğuların tədarükü məsələsini araşdırır.