İsveçrə Federal Şurası (hökuməti) cümə günü keçirdiyi iclasda Ukraynaya humanitar yardım üçün 80 milyon İsveçrə frankı (86 milyon dollar) ayrılması barədə qərar qəbul edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Federal Şura qaçqın böhranına cavab olaraq martın 11-də keçirdiyi iclasda Ukraynaya humanitar yardımın həcmini ümumilikdə 80 milyon İsveçrə frankı qədər artırmaq qərarına gəlib. Bu töhfə ilə İsveçrə çətin vəziyyətdə Ukrayna xalqı ilə həmrəy olduğunu bildirir”, – mesajda vurğulanır.