-3 C
Baku
Sunday, December 15, 2024

İsveçrə və Çin vergi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

İsveçrə Federal Şurasının yaydığı açıqlamada bildirilir ki, Çinin yüksək vəzifəli dövlət rəsmilərinin İsveçrəyə səfəri zamanı iki ölkə arasında vergitutma məsələləri müzakirə olunub. Çinin vergi nəzarəti naziri Xuan Şusyan səfərin gedişində İsveçrə Federal Şurasının üzvü Maurerlə görüşüb, tərəflər müxtəlif maliyyə və vergi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Federal Şuranın açıqlamasında qeyd olunur ki, görüş zamanı korrupsiyaya qarşı mübarizə, eləcə də beynəlxalq təşkilatlar və G20 dövlətləri çərçivəsində daha sıx əməkdaşlıq kimi məsələlər müzakirə edilib. G20 ölkələri üzrə bu il sədr vəzifəsini icra edən Çin İsveçrə hökumətini korrupsiya və maliyyə məsələləri üzrə qrupun işində iştirak etməyə dəvət edib.

Son xəbərlər
Digər xəbərlər