11 C
Baku
Wednesday, December 11, 2024

İsveçrə vətəndaşlığı olmayan əfqanlara xüsusi pasportlar verəcək

İsveçrədə yaşayan, etibarlı rəsmi sənədi və hazırda vətəndaşlığı olmayan əfqanlara xüsusi pasportlar veriləcək.

Bu barədə İsveçrə Dövlət Miqrasiya Katibliyinin (SEM) sözçüsü Daniel Bax SRF televiziyasına verdiyi açıqlamada bildirib.

D.Bax qeyd edib ki, bu pasportu alan əfqanlar bir çox ölkələrə səyahət edə bilərlər.

İmmiqrasiya Katibliyi bu təcrübəyə iyul ayında əfqanların öz ölkələrindən sənəd ala bilmədiyi və buna görə də “vətəndaşlığı olmayan” hesab edilməli olduğu barədə məhkəmə qərarından sonra başlayıb.

Qərara 24 yaşlı əfqan Fərid Abdelhaqın heç bir halda İsveçrəni tərk etməsinə icazə verilməyəcəyini qəbul etməkdən imtina etməsi səbəb olub.

7 ildir İsveçrədə yaşayan və etibarlı yaşayış icazəsi olan Abdelhaq 2021-ci ildə Taliban hakimiyyətə gəldikdən sonra ölkəsindən tələb etdiyi sənədləri ala bilmədiyi üçün səyahət edə bilməyib.

Mövzu ilə bağlı SRF-yə danışan Abdelhaq 2021-ci ildən etibarən pasport almaq üçün bir neçə dəfə Əfqanıstanın Cenevrədəki səfirliyinə getdiyini, lakin bunun mümkün olmadığını öyrənib.

Buna görə də səyahət sənədləri və yeni pasport üçün SEM-ə müraciət edən, lakin müraciəti rədd edilən Abdelhaq məhkəməyə üz tutub.

Federal İnzibati Məhkəmə Abdelhaqa yaşıl pasport verilməsi barədə qərar çıxarıb.

Məhkəmədə Abdelhakı təmsil edən isveçrəli vəkil Sandra Gisler qərarın dönüş nöqtəsi olduğunu söyləyib.

Qeyd edək ki, İsveçrədə yaşayan 30 mindən çox əfqanın öz ölkələrindən sənəd almaq, səyahət edə bilməmək kimi problemlərlə üzləşdiyi bildirilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər