İsveçrə frankı növbəti aylarda İsveçrə Milli Bankı (SNB) faiz dərəcələrini daha da aşağı salarsa zəifləyə bilər, lakin bu zəifləmə cüzi olacaq.
Banker.az-ın “İnvestisiya” bölməsi bildirir ki, bu barədə Almaniya bankı “Commerzbank” valyuta analitiki Maykl Pfister qeyd edir.
“SNB bu il qalan iki iclasda hər biri 25 baza bəndi olmaqla faiz endirimi həyata keçirə bilər və gələn ilin əvvəlində əlavə bir endirim siqnalı verə bilər”- deyə, Maykl Pfister bilirir.
Bununla belə, qlobal qeyri-müəyyənliklər fonunda təhlükəsiz liman olan frankın tələbatının tamamilə yox olacağı ehtimalı azdır. Hətta bu qeyri-müəyyənliklər azalsa və Avropa Mərkəzi Bankı gözləniləndən daha az faiz endirimi etsə belə, SNB valyuta müdaxilələri ilə frankın ciddi ucuzlaşmasının qarşısını alacaq.
“Commerzbank” gözləyir ki, EUR/CHF (avro/frank) 2025-ci ilin martına qədər 0.95-dən 0.98-ə yüksələcək.