-3 C
Baku
Sunday, December 15, 2024

İsveçrədə biznesin spesifik xüsusiyyətləri

İsveçrə biznes mühitinin əsas cəlbedici xüsusiyyəti – yerli valyutanın yüksək stabillik səviyyəsidir.

İsveçrə frankı stabildir, dünya maliyyə bazarının sarsıntılarına, avro və dolların kursunun dəyişməsinə, qızılın və neft barelinin qiymətinin qalxıb-düşməsinə baxmayaraq stabil olmaqda davam edir. Geosiyasi mövqe də İsveçrə frankına minimal təsir göstərir, belə ki, artıq neçə əsrdir ki, İsveçrə neytral ölkədir və heç bir birliyə qoşulmur.

Milli valyutanın dayanaqlığı sayəsində İsveçrə iqtisadiyyatı də stabildir. Burada heç bir böhran, defolt və kataklizm yoxdur, olmayıb və çox güman ki, heç olmayacaq da.

Belə bir stabilliyin əsas səbəbi kimi İsveçrə məhsul və xidmətlərinin keyfiyyəti göstərilir, bu xidmətlər içində ən çox diqqət çəkən və məşhurluğu ilə seçilən yüksək səviyyəli bank xidmətləridir.

Dünyanın ən stabil ölkəsində biznes qurmaq üçün hər şeydən öncə İsveçrə bazarının qanunlarının diktə etdiyi şərtlərə riayət etmək və kifayət qədər sərt kriterilərə uyğun olmaq lazımdır.

İsveçrə qanunlarına riayət edilməsi – İsveçrədə öz biznesini qurmaq istəyən bütün əcnəbilər üçün başlıca şərt və heç bir şübhə doğurmayan qaydadır. Vergilərin yüksək olması isə İsveçrə biznesinin əsas nəzərə çarpan mənfi xüsusiyyətidir. Bunu yalnız o halda müsbət bir cəhətə çevirmək olar ki, öz həyatını bu ölkə ilə uzunmüddətli və ciddi şəkildə bağlayasan.

İnsanlar İsveçrə ilə bağlı həyati maraqlarının mərkəzi kimi qərar qəbul etməli olduqda, qısamüddətli biznes plan və perspektivlərini (yəni sadəcə bir neçə illiyə, çətin vaxtların keçməsini gözləmək) yenidən nəzərdən keçirərək, onu uzunmüddətli planlara dəyişir.

Uzunmüddətli perspektivdə isə yüksək vergilər aşkar rifaha çevrilir: siz yüksək səviyyəli sosial sistemin təqdim etdiyi rahatlıqlardan istifadə edə bilir, həmçinin öz qocalıq dövrünüzü də zəmanət altına almış olursunuz. Pensiya yaşına çatmayana qədər əgər həmin pullardan istifadə edilməzsə, onda pensiya üçün edilən ayırmalardan vergi tutulmur.

İsveçrənin biznes ilə bağlı qanunvericiliyi

İsveçrədə rezident olmayan əcnəbi vətəndaşlar da bu ölkədə öz kompaniyalarını qeydiyyatdan keçirə bilərlər. Amma işləmək üçün icazə alana qədər əcnəbi vətəndaşın öz kompaniyasını idarə etmək hüququ yoxdur.
Hüquqi kazusa bənzəyən bu qanun əslində yerli əhalini işsizlikdən qorumaq məqsədi daşıyır. Məsələ ondadır ki, İsveçrədə kompaniyanı qeydiyyatdan keçirmək üçün, onun rəhbəri vəzifəsinə İsveçrədə rezident olan və işləmək icazəsi olan şəxs təyin edilməlidi.

Hökumət belə bir vəzifənin sadəcə rəsmi xarakter daşıdığını anladığı üçün, kompaniyanın sahibi olan -əcnəbi vətəndaşa işləmək icazəsi verən sənədin tərtib olunması müəyyən müddət aparır, həmin müddət ərzində formal rəhbər olan yerli sakin işlə təmin olunmuş hesab olunur, bu isə o deməkdir ki, bu vaxt kəsiyi ərzində o sosial müavinət almır.

İsveçrədə bir neçə növ hüquqi şəxslərin qeydiyyata alınması imkanı mövcuddur.

Səhmdar Cəmiyyət – bu kompaniyanın təsisçilərinin sayı ən azı 3 səhmdardan ibarət olmalı, onların minimum məcmu yatırımı isə 100 000 İsveçrə frankından az olmalı deyil. Səhmdarların məsuliyyəti nizamnamə kapitalının çərçivələri ilə məhdudlaşır. Lazım gəldiyi təqdirdə səhmdar cəmiyyətin səhmdarlarının anonimliyi təmin olunur.

Məhdud məsuliyyətli səhmdar cəmiyyət ən azı iki səhmdarın iştirakını tələb edir. Minimal nizamnamə kapitalının həcmi 20 000 İsveçrə frankı təşkil edir, amma səhmdarların anonimliyi təmin olunmur.

Hər iki kompaniya növünün bir sıra üstünlük və çatışmazlıqları vardır. Birinci halda elə ilk nəzərə çarpan şəriklərin anonimliyinin qorunması, eyni zamanda isə başlıca çatışmazlıq isə – idarə heyətində mütləq şəkildə İsveçrə vətəndaşlığı olan şəxsin təmsil olunması tələbinin irəli sürülməsidir.

Səhmdar cəmiyyət olduğu təqdirdə isə səhmdarların biri öz səhm hissələrini satmaq istərsə digər səhmdarların razılığı tələb olunmur. Amma kompaniyanın məcburi auditdən keçməsi ilə bağlı yaranan xərclər də həddindən artıq yüksəkdir.

Kompaniyanın növünün seçimi əsasən biznesin xarakterindən asılı olur və individual şəkildə müəyyən edilir.

Kompaniyanın İsveçrədə qeydiyyatdan keçməsi kifayət qədər asan bir prosesdir. əvvəlcə kompaniya üçün təqdim olunmuş adın digər adlar ilə üst-üstə düşmə halları yoxlanılır, fəaliyyət növü və hüquqi ünvan ilə bağlı razılığa gəlinir, daha sonra bankda məxsusi konsiqnasiya (müvəqqəti) hesabı açılır və bu hesaba nizamnamə kapitalı qismində göstərilən razılaşdırılmış məbləğ yerləşdirilir.

Şirkətin nizamnaməsinin və təsisedici sazişinin hazırlanması bir qayda olaraq isveçrəli hüquqşünasa həvalə olunur. Təsis etmə sənədlərinin hazırlığından sonra kompaniya notariusda qeydiyyatı həyata keçirilir.

Notarius isə öz növbəsində imzalanmış təsisedici sənədlər əsasında, kompaniya haqqında məlumatların Dövlət reyestrində qeydiyyatdan keçməsini təşkil edir. Bununla eyni zamanda Kanton rəsmi qəzetində sözügedən kompaniyanın qeydiyyatı ilə bağlı məlumat dərc olunur.
Kompaniyanın qeydiyyatı başa çatdıqdan sonra, kompaniya istənilən bir İsveçrə bankında daimi hesab açır.

İsveçrənin bank sistemi

Bank əmanətinin sirri – İsveçrə bankirlərinin qürur mənbəyidir və o, dövlət sirri səviyyəsində qorunur. Bank əmanətləri ilə bağlı sirlərin üçüncü şəxsə verilməsi qanunla yol verilməzdir və buna heç bir halda icazə verilmir.

Yaxın zamanlara qədər hətta bank sirrinin mövcudluğunun özü belə sirr idi. Lakin bəzi ölkələrin hökumətlərinin təzyiqi altında İsveçrə bankları beynəlxalq hüquq-mühafizə orqanlarına görə bəzi yumşalmalar etməli oldu.

Lakin bununla yanaşı, İsveçrə bank sistemi əmanətlərin mənbəyini yoxlamaq üçün lazımı hüquqi alətlərə malikdir. İsveçrə qanunvericiliyi isə ciddi cəhdlə çirkli pulların burada yuyulmasının qarşısını alır.

Loyal qanunlar və stabillik sayəsində İsveçrə bankları dünyanın ən etibarlı bankları statusuna malikdirlər.

İsveçrə banklarında ölkənin rezidenti olan istənilən bir şəxs hesab aça bilər, istər biznesmen, istər də muzdlu işçi.

Bütün banklar demək olar ki, müştərilərə eyni xidmətlər paketini təqdim edirlər. Bu paket isə kifayət qədər böyükdür. Bank xidmətləri iş zamanı şöbələrdə, həmçinin telefon və internet şəbəkəsi vasitəsi ilə gün ərzində fasiləsiz olaraq həyata keçirilir.

İsveçrənin vergi sistemi

İsveçrədə vergilər qonşu ölkələr ilə münasibətdə daha aşağıdır. Fiziki şəxslər üçün vergilərin toplam həcmi 30%-i, kompaniyanın ödəklərini verginin məcmu həcmi isə 35%-i üstələmir. Bununla yanaşı dövlət xəzinəsinə ödənilən vergi cəmi 9% təşkil edir, qalan məbləğ isə yerli və kanton vergiləri arasında paylanır.

İsveçrə vergi sisteminin cəlbedici xüsusiyyəti odur ki, burada səhmdarın məxsus olduğu ölkəyə dividentlərin köçürülməsi zamanı, əgər bu ölkə ilə İsveçrə arasında ikili vergiyə cəlb olunmanın aradan qaldırılması ilə bağlı saziş yoxdursa, kompaniyanın dividentlərin köçürüldüyü ölkədə də vergi məruz qalması İsveçrə tərəfindən nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər