21 C
Baku
Wednesday, April 2, 2025

İsveçrədə bloklanmış Rusiya aktivlərinin məbləği 8,4 milyard dollara çatıb

2025-ci ilin mart ayına olan vəziyyətə görə, Rusiyanın İsveçrədə bloklanmış aktivlərinin məbləği 7,4 milyard İsveçrə frankına (8,4 milyard dollar) qədər artıb.

Bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi brifinqində məlumat verib.

2024-cü ilin avqust ayında Rusiyanın konfederasiyada dondurulmuş aktivlərinin məbləği 7,1 milyard frank (8 milyard dollar) təşkil edib.

Qurumda qeyd ediblər ki, söhbət daşınmaz əmlak, avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətlərindən gedir. Bununla yanaşı, Rusiya Mərkəzi Bankının İsveçrədə immobilizasiya edilmiş aktivlərinin ümumi məbləği 2024-cü ilin avqust ayı ilə müqayisədə dəyişməyərək 7,2 milyard İsveçrə frankı (8,1 milyard dollar) təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər