2 C
Baku
Saturday, December 14, 2024

İsveçrədə dünyanın ən uzun sərnişin qatarı istifadəyə verilib

İsveçrədə dəmir yolu şirkəti 1905 m uzunluğunda sərnişin qatarı yaradıb və Ginnesin rekordlar kitabına düşüb. 31 oktyabr hesabatında deyilir ki, “RhB” şirkətinin təqdim etdiyi bu qatar 100 vaqondan ibarətdir.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qatar Preda kəndindəki Albula tunelindən Filisur kəndi yaxınlığında yerləşən Landvasser Viaduktuna qədər bir saatda 25 km qət edib. Ginnesin rekordlar kitabı onu ən uzun və ensiz sərnişin qatarı adlandırıb.

Bu səfər İsveçrə dəmir yollarının 175 illiyinə təsadüf edib.

Son xəbərlər
Digər xəbərlər