Rejissor Rebekka Panian qeyri-adi eksperiment keçirmək qərarına gəlib və o, aylıq İsveçrənin Reynau kəndinin sakinlərinin hər birinə 2,5 min frank (2215 avro) paylayacaq.
Bununla bağlı “Süddeutsche Zeitung” məlumat yayıb.
1300 nəfərdən ibarət kənd sakininə bir il müddətində heç bir şərtsiz bu pulun verilməsi planlaşdırılır. 848 kəndçi bu eksperimentdə iştirak etməyə razılıq verib.
2,5 min frank İsveçrədə orta aylıq əməkhaqqının 60 faizidir.
Mütəxəssislər bununla baza gəlirinin iş axtarışını stimullaşdırması ilə bağlı insanların davranışını öyrənmək istəyirlər.
© Oxu.Az