10 C
Baku
Friday, December 13, 2024

İsveçrədə güzəştli korporativ vergi ləğv edilir

İsveçrədə seçicilər korporativ vergi qanunları ilə bağlı islahatlara səs veriblər. Yeni qaydalar transmilli şirkətlər üçün güzəştli vergi rejiminin ləğv edilməsini nəzərdə tutur. Bu hadisə ölkənin pensiya sistemi üçün də təkan olacaq.

Qeyd edək ki, iki il bundan əvvəl seçicilər korporativ vergi ilə bağlı islahatın əleyhinə çıxmışdılar. Yeni qanunvercilik İsveçrə vergi sistemini transmilli korporasiyalar üçün müəyyənləşdirilmiş güzəştli vergi dərəcələrini ləğv edərək beynəlxalq vergi qanunvericiliyinə uyğunlaşdırmaq məqsədi daşıyır. Bununla yanaşı, həmin müəssisələri daha cəlbedici yerlərə “qaçırmamaq” üçün baza dərəcələrinin azaldılacağı da gözlənilir. Aşağı vergi dərəcələrinin dövlət xidmətlərinə və vətəndaşlara böyük yük olacağını nəzərə alan hökumət hər il dövlət pensiya siteminə 1,8 milyard avro vəsait əlavə olunacağını vəd edib.

Son xəbərlər
Digər xəbərlər