12 C
Baku
Saturday, November 23, 2024

İsveçrədə inflyasiya 14 illik rekordu yeniləyib

Bu ilin aprel ayında İsveçrədə illik inflasiya 2,5% olub ki, bu da 2008-ci ildən bu yana ən yüksək həddir.

Bunu ölkənin Federal Statistika Ofisi bildirib.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən isə 0,4 faiz artıb. Bu, soba mazutunun bahalaşması və bir sıra başqa amillərlə izah olunur. İlliki inflasiyaya təkan verən amillər arasında isə idxal məhsullarının 6,6% bahalaşması göstərilir. Eyni müddətdə yerli məhsullar 1,2% bahalaşıb.

Hesabat dövründə yeni avtomobillərin, təyyarə biletlərinin qiyməti artıb, mehmanxana xidmətlərinin qiymətləri isə azalıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər