İsveçrədə seçkilərin nəticələrindən sonra yeni parlamentdə ən çox yeri sağçı mühafizəkar İsveçrə Xalq Partiyası qazanıb. O, miqrasiyanı məhdudlaşdırmaq, neytrallığı qorumaq və münaqişə zonalarına silahların təkrar ixracını qadağan etmək mövqeyi ilə çıxış edir.
Beləliklə, İsveçrə Xalq Partiyası Milli Şurada (200 deputatdan ibarədirt) 62 yer tutacaq. Bu, 2019-cu il seçkiləri ilə müqayisədə 9 yer çoxdur.
İsveçrə Xalq Partiyası ilə birlikdə koalisiya hökumətinə Sosial Demokrat Partiyası, Mərkəz və Azad Demokrat Partiyası daxildir. Onlar yeni parlamentdə müvafiq olaraq 41, 29 və 28 yer qazanıblar. Seçki nəticələri demək olar ki, dəyişməz qalıb. Qalan partiyalar ilk dördlükdən geri qalıb.
Kantonlar Şurasına (kiçik palata, 46 deputat) seçkilərin yekun nəticələri noyabrın sonunda məlum olacaq. İkinci turlar 10 kantonda keçiriləcək.