10 C
Baku
Thursday, December 12, 2024

İsveçrədə keçiriləcək Ukrayna üzrə sammitə 90 ölkə qeydiyyatdan keçib

İsveçrə prezidenti Viola Amherd bildirib ki, Ukrayna üzrə konfransda iştirak etmək üçün 90 dövlət qeydiyyatdan keçib. O, 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.

“Bu gün 90 ölkə qeydiyyatdan keçib ki, bunların yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır”, – mesajda deyilir.

İclasa ümumilikdə 120-dən çox dövlət, o cümlədən G7, BRICS və G20-nin nümayəndələri dəvət olunub. Rusiya sammitə dəvət olunmayıb, ona görə də Kreml qarşıdan gələn tədbiri faydasız hesab edir. Çin Rusiyanın iştirakında israr edərək, səfərdən imtina edib, Argentina prezidenti Xavyer Miley də gəlməyəcək. ABŞ prezidenti Co Baydenin yerinə tədbirdə vitse-prezident Kamala Harris iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər