Bazar günmü keçirilən ümummilli referendumda İsveçrə vətəndaşlarının təxminən 59%-i kino sənayesi haqqında qanunun dəyişdirilməsinə səs verib, Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Vurğulanır ki, irəli sürülən təşəbbüslərdən biri axın xidmətlərini illik dövriyyənin 4%-ni ölkənin kino sənayesinin inkişafına yönəltməyi məcbur etmək olub. İsveçrə televiziya yayımçıları artıq qazanclarının 4%-ni yerli kino sənayesinin inkişafına yönəldirlər, lakin “Netflix”, “Amazon Prime” və “Disney” kimi platformalar bu vergini ödəmirlər.
Digər düzəliş isə ölkənin Xarici Sərhədlərinin Mühafizəsi üzrə Avropa Agentliyinə ayırdığı maliyyənin 24 milyon dollardan 61 milyon dollara qədər artırılmasını nəzərdə tutur. Bu təşəbbüsü vətəndaşların demək olar ki, 72 faizi dəstəkləyib. Bundan əvvəl ölkə hakimiyyəti bildirib ki, ödənişlərdən imtina İsveçrəni Şengen sazişindən çıxmaqla hədələyə bilər.