12 C
Baku
Saturday, November 23, 2024

İsveçrənin ən iri bankının səhmləri iflas xəbərlərilə çöküb

İsveçrənin ən iri banklarından biri olan “Credit Suisse”nin səhmlərinin qiyməti bu gün oktyabrın 3-də səhər saatlarında İsveçrə birjasında 11.52% azalaraq tarixi minimum səviyyə olan 3.56 frank təşkil edib.

Bankın rəhbərliyinin iri müştəri və kontragentlərlə bankın maliyyə dayanıqlılığının güclü olması barədə danışıqlar aparması xəbəri səhm kotirovkalarının sürətlə ucuzlaşmasına gətirib çıxarıb. Bankın rəhbərliyinin bu addımı atmasına səbəb cümə günü, sentyabr ayının 30-da bir anda bank CDS-lərinin (Credit Defolt Swap), yəni kredit defolt swap faiz dərəcələrinin kəskin artması səbəb olub. Qeyd edək ki, bankın CDS-ləri 247 baza bəndi artaraq 2008-ci il böhranından sonra ən yüksək səviyyəyə çatıb.

27 oktyabrda “Credit Suisse”in 3-cü rüb hesabatını açıqlaması gözlənilir. “Deutsche Bank”a görə “Credit Suisse”in restruturizasiyası fonunda kapitalının artırılmasına 4 mlrd. İsveçrə frankı (4.04 mlrd. ABŞ dolları) vəsait tələb oluna bilər.

Qeyd edek ki, “Credit Suisse” İsveçrənin “UBS” bankından sonra ikinci ən böyük bankı olub sistem əhəmiyyətli bank hesab olunur. Onun aktivləri təxminən 1.5 trilyon frank təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər