İsveçrədə 27 ölkədə fəaliyyət göstərən daşıma şirkəti “M&M Militzer & Münch”in Azərbaycandakı törəməsi müflis elan edilib.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, törəmə şirkət — “M&M Militzer & Münch Baku Ltd” 12 mart 2020-ci il tarixində Bakı Kommersiya Məhkəməsi tərəfindən müflis elan edilib.
“M&M Militzer & Münch” 1880-ci ildə İsveçrədə yaradılıb. Avropa, Asiya və Afrikadan gəmi, təyyarə və yerüstü kimi nəqliyyat vasitələri ilə transport, logistik və karqo əməliyyatlarını həyata keçirən İsveçrə brendidir. Ümumilikdə 2800-dən çox əməkdaşı vardır.