-3 C
Baku
Sunday, December 15, 2024

İsveçrənin “Credit Suisse” bankı 5 mlrd. dollar itirib

İsveçrənin “Credit Suisse” bankı mart ayının sonunda Amerikanın “Archegos Capital” fondunun çökməsi nəticəsində təxminən 5 milyard dollar itirib.

Banker.az xəbər verir ki, bu barədə bankın press-relizində deyilir.

“Maliyyə nəticələrimiz hələ ətraflı təhlillərə məruz qalsa da, 2021-ci ilin birinci rübü üçün təqribən 900 milyon İsveçrə kronu (960 milyon ABŞ dolları) itirəcəyimizi gözləyirik. Buraya Amerika “hedge” fondunun öhdəliklərini yerinə yetirməməsi səbəbindən 4.4 milyard dollar İsveçrə frankı (4.7 ABŞ dolları) daxildir”, – deyə mesajda bildirilir.

Eyni zamanda, “Credit Suisse” mövcud vəziyyətdə top-menecmentdə dəyişikliklərin olduğunu açıqlayıb. Bankın investisiya şöbəsinin icraçı direktoru Brayan Chin və risklərin idarəedilməsi direktoru Lara Uorner vəzifələrindən ayrılacaqlar.

Xatırladaq ki, mart ayının sonunda “Credit Suisse” daxil olmaqla, “Archegos” fondunun brokerləri (“Morgan Stanley”, “Deutsche Bank”, “Nomura”, “Goldman Sachs”) təxminən 30 milyard dollarlıq səhm satıblar. Onlar bunu “hedge” fondunun iflas etdiyini açıqladıqdan sonra ediblər. Xüsusilə “Baidu”, “Discovery”, “Tencent” və “GSX Techedu” şirkətlərinin səhmlərini satıblar. “JPMorgan Chase & Co” analitikləri ümumilikdə bankların 10 milyard dollara qədər itirəcəyini təxmin edirlər.

Son xəbərlər
Digər xəbərlər