20 C
Baku
Tuesday, May 6, 2025

İsveçrənin “Credit Suisse” bankı ABŞ-nin Ədliyyə Nazirliyinə 511 milyon dollar ödəyəcək

İsveçrənin “Credit Suisse” bankı ABŞ-nin vergi ödəyiciləri ilə 475 ofşor hesabda 4 milyard dollardan çox pul gizlətmək iddiası ilə cinayət işi üçün Birləşmiş Ştatların Ədliyyə Nazirliyinə təxminən 511 milyon dollar ödəyəcək.

Bu barədə ABŞ-nin Ədliyyə Nazirliyinin saytında dərc olunmuş yazılı bəyanatında deyilir.

Sənəddə deyilir ki, əlbirlik İsveçrə korporasiyasının “yüksək xalis sərvətli şəxsi müştəriləri”nə 2010-cu ildən 2021-ci ilə kimi ABŞ-nin vergilərindən yayınmağa imkan verib. “Bununla “Credit Suisse AG” yeni cinayətlər törədib və ABŞ Ədliyyə Nazirliyi ilə 2014-cü ilin may ayında bağladığı müqaviləsini pozub”, – nazirlik bildirib.

Şirkət Virciniya ştatının Məhkəməsində saxta vergi bəyannamələrinin hazırlanmasına yardım üçün əlbirlik ittihamı ilə təqsirini etiraf edib.

 

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər