12 C
Baku
Sunday, November 17, 2024

İsveçrənin saat şirkəti Azərbaycanın işğal olunmuş ərazisində zavod açıb

“Azərbaycanın işğal olunmuş ərazilərimizdə bir sıra şirkətlər fəaliyyətlər göstərir”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Elmar Məmmədyarov bildirib ki, İsveçrənin “Frank Müller” şirkəti kifayət qədər tanınmış saat şirkətidir: “Bu şirkət saatlar üçün taxta qutuları işğal olunmuş ərazilərdəki ağaclardan istehsal edir, orada zavod açıb. Biz bu məsələni İsveçrə qarşısında qaldırmışıq, bu prosesi izləyəcəyik. Şirkət öz adına hörmətlə yanaşırsa, belə fəaliyyətə yol verməməlidir. Həmin şirkətlərin bağlı olduğu ölkələrin hökumətinə müraciət edəcəyik. Bəzi ölkələr deyir ki, biz özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmirik, amma etməlidir. Məsuliyyət hökumətlərin üzərinə düşür. Hökumətlər həmin şirkətlərin işğal olunmuş ölkələrdə fəaliyyət göstərməsinə imkan verməməlidir”.

Nazir deyib ki, Ermənistan müxtəlif vasitələrdən istifadə edərək işğal olunmuş əraziləri qanunsuz olaraq məskunlaşdırır: “Hətta Ermənistan bəyan edib ki, Suriya böhranından sonra 250 minə yaxın qaçqın Ermənistana gəlib. Bizdə olan məlumata görə, onların bir qismini işğal olunmuş torpaqlarımıza yerləşdirirlər. Bu qəbuledilməzdir, çünki münaqişənin həllinə töhfə vermir, əksinə, yeni çətinliklər yaradır”.

Mənbəona
Son xəbərlər
Digər xəbərlər