31 C
Baku
Wednesday, July 24, 2024

IT-bazarda tarixin ən nəhəng müqaviləsi bağlana bilər

Dell şirkəti EMC şirkətinin alınması ilə bağlı danışıqların genişləndirilməsi mərhələsindədir. Müqavilənin razılaşdırılmış dəyəri 50 milyard dollardan çox ola bilər ki, bu da Dell şirkətini məlumatların saxlanması sistemində əsas oyunçuya çevirəcək. 

Dell şirkəti həftə ərzində EMC şirkətinin əldə edilməsi ilə bağlı xəbəri elan edə bilər. Wall Street Journal-ın verdiyi məlumata görə tərəflər hazırda genişləndirilmiş danışıqlar mərhələsindədirlər. Danışıqlarda həmçinin Silver Lake investisiya fondu da iştirak edir. Müqavilənin ilkin dəyəri 50 milyard dollar olaraq göstərilsə də, yükun qiymət bu məbləğdən çox da ola bilər.

Müqavilənin baş tutması halında bu hadisə informasiya texnologiyaları bazarı tarixində ən nəhəng müqavilə adına sahib olacaq. EMC –nin Dell şirkəti tərəfindən alınması onun dünya bazarında öz mövqeyini möhkəmləndirməsinə imkan yaradacaq.

Son xəbərlər
Digər xəbərlər