10 C
Baku
Friday, December 13, 2024

IT Dəstək Üzrə mühəndis – PITS LLC

Vəzifə: IT Dəstək Üzrə mühəndis

Şirkət: PITS MMC

Ölkə: Azərbaycan

Vəzifə və öhdəliklər:

• İT dəstək üzrə “Service Desk”-ə göndərilən müştəri müraciətlərini qəbul etmək
• Qeyri-ingilis dilli istifadəçilərə telefon vasitəsilə dəstək vermək və lazım olarsa, Şirkətlərin digər mərkəzlərinə kənardan qoşulmaq;
• Şirkətin bütün məcburi qayda və prosedurlarına riayət etmək;
• Telefonlar da daxil olmaqla, istifadəçilərin cihazlarını quraşdırmaq, konfiqurasiya etmək və problemlərini həll etmək;
• Proqram təminatının yüklənməsi, konfiqurasiyası və yarana biləcək problemlərin həlli;
• LAN/ WAN qurğularının quraşdırılması (Şirktəin Telekommunikasiya komandasının rəhbərliyi ilə;
• Şirkətin Telekom. Komandasının idarəçiliyi altında LAN kabelləşməni icra etmək;
• “İstifadəçi”lərə məxsus qurğuların şəbəkə sistemi ilə təmin olunması və əlaqəli problemlərin həlli;
• Aktiv sorğuları ən son məlumatlara uyğun və detallı şəkildə yeniləmək;
• Tələbata uyğun, arxa ofisin işlərinə dəstək olmaq;
• İstifadəçilərə İT üzrə ilkin təlimat vermək;
• Avadanlıqların izlənməsi üzrə verilənlər bazası və sənədlərin yenilənməsindən ötrü Baş Analitikə vaxtaşırı ən son məlumatları təqdim etmək;
• Təcili sorğuların mövcudluğu halında uyğun prosedurlara (iş üzrə menecerə, İT dəstək & Müştərilərlə iş üzrə menecerə məruzə etmək) əsaslanmaq;
• Avadanlıqların yerdəyişməsi/uyğun şəraitdə saxlanılması həyata keçirmək;
• Yeni texnologiyaları öyrənmək üçün maraq və bacarıqları nümayiş etdirmək;
• Avadanlıqların çatdırılması üzrə işləri koordinasiya etmək;
• Şirkət personalının müraciətinə uyğun olaraq, Üçüncü tərəfin əraziyə/server otagına girişini müşaiyyət etmək;
• Vaxtaşırı olaraq, iş ərazilərinin və Avadanlıqların saxlandığı anbarın yoxlanışını həyata keçirmək.

Tələb olunan təcrübə:

Tələb olunan sahə üzrə 2+ təcrübə

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı
 Windows əməliyyat sistemində işləmə bacarığı
 Microsoft Office proqramından istifadə təcrübəsi
 Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma
 Ethernet, IP və şəbəkə cihazlarının iş prinsiplər barədə məlumatlı olmaq
 Problemləri düzgün analiz edə bilmə bacarığı
 Azərbaycan və İngilis dillərində istifadəçilərlə sərbəst yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı
 Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə və liderlik bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Desktop Support Engineer” göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər