Vəzifəyə olan tələblər:
- Texniki ali təhsil;
- Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- Şəbəkə texnologiyaları üzrə biliklər;
- Özgə kodu anlama bacarığı;
- Informasiya təhlükəsizliyi üzrə biliklər;
- Müvafiq sahə üzrə 5 il təcrübə:
-Virtual sistemlər üzrə: VMware Vcenter, ESXi;
-Microsoft texnologiyaları üzrə: Windows 7-8.1, Windows Server 2003/2008/2012;
-HP, IBM və Dell server avadanlıqları üzrə;
-Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail;
-Yedəklənmə texnologiyaları üzrə: Symantec, Veeam Backup&Replication, Acronis;
-Antivirus sistemləri ilə iş üzrə;
-Linux/Unix əməlliyət sistemi üzrə;
Vəzifə öhdəlikləri:
- Şəbəkə xidmətinin daimi işləməsinin təmin edilməsi;
- Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
- Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daimi işləməsinin təmin edilməsi;
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasının təşkil edilməsi;
- Elektron poçtun daimi işləməsinin təmin edilməsi;
- Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
- Məlumatların təhlükəsizliyini və saxlanılmasının təmin edilməsi;
- Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
- Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
- Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
- Yedəklənmə sistemlərinin adminstrasiyası;
- Proqram təminatının monitorinqlarının aparılması;
- Sistem problemlərinin həlli və diaqnostikası;
- Avadanlıqların quraşdırılması və sazlanması;
- Dəyişikliklərin sənədləşdirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 17-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNIKI DƏSTƏK qeyd etməyiniz vacibdir.







