Vəzifəyə olan tələblər:
- Texniki ali təhsil;
- Bank sektorunda iş təcrübəsi;
- 3 ildən artıq iş proqramlaşdırma sahəsi üzrə təcrübə;
- SQL, PL/SQL bilikləri;
- ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;
- JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;
- Rus və ingilis dili bilikləri;
- Özgə kodu anlama bacarığı;
- Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı.
Əsas vəzifələr:
- Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;
- Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;
- Proqram sənədləşməsinin yaradılması və müşayiəti;
- Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;
- Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;
- Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.