13 C
Baku
Friday, March 29, 2024

İT infrastrukturunun idarə edilməsi üzrə şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Tələblər:

·         ali texniki təhsil;

·         profil üzrə ən azı 2 illik iş təcrübəsi;

·         imtinaya davamlı şəbəkələrin, məlumatların ötürülməsinin şəbəkə protokollarının, statistik və dinamik marşrutizasiyanın, informasiya şəbəkəsinin quruluşunun əsas prinsiplərini bilmək;

·         CACTI/IP Switch şəbəkələrin monitorinqi, klassik telefoniya (CUCM 9.0, UCCX 9.0, Nice Recording) sistemləri üzrə biliklər;

·         Cisco (Cisco 29XX Routerləri, 44XX/Sviçləri 29XX,45XX/Cisco ASA 55XX, Palo Alto 3020) şəbəkə avadanlığında işləmək;

·         CCNA/CCNP sertefikasiyası;

·         Microsoft Windows Server, Active Directory əməliyyat sistemləri üzrə baza bilikləri;

·         regionlara ezamiyyət;

·         azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);

·         sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı.

Vəzifələri: 

·         proqram təminatının işi üçün zəruri olan işçi stansiyaların və əməliyyatların quraşdırılması, onların işlək vəziyyətdə saxlanılması;

·         lokal şəbəkə və poçt server istifadəçilərinin qeydiyyatı, identifikator və şifrələrin təyin olunması;

·         istifadəçilərə texniki və proqram dəstəyi, proqram təminatı ilə işə dair təlimatların tərtib olunması;

·         şəbəkə resurslarına səlahiyyət hüquqlarının verilməsinin və onlardan istifadəyə nəzarətin təşkili;

·         məlumatların vaxtlı-vaxtında surətlərinin çıxarılması, arxivləşdirilməsi və  rezervləşdirilməsi;

·         lokal hesablama şəbəkəsinin, serverlərin və işçi stansiyaların antivirus müdafiəsinin həyata keçirilməsi;

·         şəbəkənin monitorinqi, şəbəkənin infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Son xəbərlər
Digər xəbərlər