Azərbaycanda fəaliyyətdə olan “Cybernet” MMC IT şirkətinin direktoru dəyişib.
Banker.az xəbər verir ki, Həşimov Sərxan Qasım oğlu “Cybernet” MMC-nin direktoru təyin edilib.
O bu vəzifədə Əmirov Emil Etibar oğlunu əvəz edib.
Xatırladaq ki, “Cybernet” MMC 2007-ci ildə təsis edilib və hazırda 10 000 manat nizamnamə kapitalına sahibdir.





