12 C
Baku
Friday, March 29, 2024

IT Sistem Administratoru – Ateshgah Sigorta

IT Sistem Administratoru

Namizədə tələblər

• Yaş: 20-30
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: müvafiq sahə üzrə 1 il minimum
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunadır)
• Lokal hesablama şəbəkələri, orqtexnika, server (RAİD-massivlərin yaradılması və dəstəyi) və kompyuter avadanlıqlarının texniki xarakteristikalarını, storidclərin konfiqurassiyası və iSCSi protokolu üzərindən hdd-lərin qoşulması, təyinatını,iş rejimini,konstruktiv xüsusiyyətlərini,texniki istismar qaydalarını bilməli
• Kompyuterlərin və orqtexnikanın təmiri prinsipləri bilməli
• Proqramlaşdırma dilləri və metodlarını bilməli
• İnformasiya təhlükəsizliyinin əsaslarını, informasiyanın kənar şəxslərdən qəsdən təhrif olunmadan və ya zədələnmədən qorunması yollarını bilməli
• Texniki sənədləşdirmənin aparılması/formalaşdırılması qaydalarını bilməli
• Windows Server 2003/2008/2012 , Active Directory , Terminal serverin qaldırılması, Windows 7/8/8.1/10, Linux, TCP/IP , DHCP , SMTP , POP3/IMAP, RDP və sair protokolları
• Firewall ilə işləmə qaydalarını (Cisco, Kerio,)
• Marşurizator avadanlıqlari ilə işləmə qaydalarını bilməli
• Virtualizassiyanın (ESXi, Hype-V) quraşdırılması və dəstəyi bilməli

Şəxsi keyfiyyətlər

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Serverlərə və işçi stansiyalarına əməliyyat sistemlərini və iş üçün zəruri olan proqram təminatını qurmaq
• Serverlərdə və işçi stansiyalarında proqram təminatının konfiqurasiyasını həyata keçirmək
• Serverlərdə və işçi stansiyalarında proqram təminatının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək
• Lokal şəbəkə , Mail server və Service Desk istifadəçilərinin qeydiyyatını həyata keçirmək , identifikator və parolları təyin etmək
• Giriş hüquqlarının verilməsinə, şəbəkə resurslarının istifadəsinə nəzarət etmək
• Məlumatların vaxtı-vaxtında arxivlənməsini və rezervlənməsini (backup) həyata keçirmək
• Şəbəkə avadanlıqlarının sıradan çıxması və ya zədələnməsi hallarında lokal şəbəkənin iş qabiliyyətinin bərpa olunması üçün tədbirlər görmək
• Şəbəkənin monitorinqini keçirmək , şəbəkə infrastrukturunun inkşafı üçün təkliflər irəli sürmək
• Şəbəkə və şəbəkələrarası qarşılıqlı əlaqənin təhlükəsizliyini təmin etmək
• Lokal hesablama şəbəkəsini, serverlərin və işçi stansiyalarının antivirus mühafizəsini həyata keçirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq İT Sistem Administratoruqeyd etmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər