6 C
Baku
Saturday, December 14, 2024

İT təhlükəsizliyi şöbəsinin Mütəxəssisi – Rabitabank OJSC

Rabitəbankın İT Təhlükəsizliyi şöbəsinə mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edilir!

Vəzifə öhdəlikləri:

– İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin edilməsi;
– İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
– İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və ölçmə meyarlarının test olunması;
– İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
– İşçi heyyətinin informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak edərək hesabatın hazırlanması;

Namizədə tələblər:

– Texniki sahədə ali təhsil (İT sahəsində sertifikatlara malik şəxslərə üstünlük verilir);
– Azərbaycan, Rus və Ingilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
– IT sahəsində 1 ildən az olmayan iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
– İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə malik olması;
– Məsuliyyətlilik, dəqiqlik, operativlik, analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirilərək müəyyən olunması;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı;
– Şəbəkə avandıqlarının (router, switch, access point və.s) əsas parametrlərinin nizamlama aid biliklər;
– Proqramlaşdırma dillərindən hər hansı birini bilənlərə üstünlük veriləcək.

CV-lərinizi [email protected] mail ünvanına İT təhlükəsizliyi şöbəsinin Mütəxəssisi başlığı altında göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər