-3 C
Baku
Sunday, December 15, 2024

İT Təhlükəsizliyi üzrə Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Bankın İT infrastrukturunun informasiya təhlükəsizliyinin nəzarəti və monitorinqi

• İnformasiya təhlükəsizliyi üzrə təlimatların hazırlanması və sənədlərin tərtibi

• İnformasiya hadisələrinin müşahidəsi, təhlili və hesabatın hazırlanması

• ATM’lərdə yaranan təhlükəsizlik problemlərin aradan qaldırılması

• Əməkdaşlar üçün İT təhlükəsizliyi barəsində təlimlərin keçirilməsi

Tələblər:

• Ali təhsil. İT sahəsində ali təhsil alanlara üstünlük verilir

• İnformasiya təhlükəsizliyinin əsaslarına, şəbəkə mühafizəsinə dair biliklər

• Şəbəkələrin qurulması, şəbəkə protokolları, marşrutlaşdırmaya aid əsas prinsipləri üzrə biliklər

• Əməliyyat sistemlərinə dair biliklər

• Korporativ antivirus program təminatının ayarların sazlanması

• Firewall ilə işləmə bacarığı

• Azərbaycan, Rus, İngilis dili bilikləri

• Azərbaycanın rayonlarına ezamiyyətə getmək imkanı

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz, əks halda CV-lər nəzərdən qaça bilər.

Son xəbərlər
Digər xəbərlər