2 C
Baku
Thursday, January 15, 2026

İtaliya 1 və 2 avrosentlik qəpiklərin buraxılışını dayandırır

Banker.az saytının verdiyi məlumata görə, İtaliyanın Parlament komitəsi ölkədə 1 və 2 avrosent nominalında olan qəpiklərin buraxılışını dayandırmaq ilə bağlı qərar qəbul edib. Bu qərar öz növbəsində mağazalarda qiymətlərin yuvarlaqlaşdırılmasına səbəb olacaq.

Bu təklifi irəli sürmüş hakim mərkəzi sol Demokratik Partiyasının üzvü Sergio Bokkadutri qeyd edib ki, italyanların əksəriyyəti bu qəpikləri pulun qalığı olaraq qəbul edir, lakin demək olar ki, heç vaxt istifadə etmirlər.

Belə ki, avrozonanın əksər ölkələrində 1 və 2 avrosentlik qəpik ilə ticarət avtomatından içki almaq və yaxud maşın dayanacağının haqqını ödəmək mümkün deyil. Özünəxidmət avtomatlarının qəbul etdiyi minimal nominal 10 və yaxud 20 avrosentdir. Bu səbəbdən də, demək olar ki, heç kəs bu qəpiklərdən istifadə etmir. Onların istehsalı isə İtaliyaya onların dəyərindən daha baha başa gəlir.

 

Son xəbərlər
Digər xəbərlər