25 C
Baku
Friday, June 14, 2024

İtaliya 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək

İtaliya ən azı 15 milyon doza koronavirus peyvəndini məhv etmək niyyətində

İlin sonunda dərmanların yararlılıq müddəti bitdiyi və bu vaksinlər köhnəlmiş hesab olunmağa başladığı üçün utilizasiya olunacaq.

Qeyd olunur ki, payıza qədər əczaçılıq şirkətləri dərmanların yeni variantlarını buraxacaqlar.

Avropa Dərman Agentliyinin (EMA) Sağlamlıq Təhdidləri və Peyvənd Strategiyası Departamentinin rəhbəri Marko Kavaleri agentliyin son vaxtlar Çində yayılan omikron ştammının yeni alt variantlarına qarşı peyvəndlər tələb etdiyini söylədi.

O, İtaliyanın ikivalentli deyil, tək bir ştama qarşı işləyən monovalent peyvəndlər tələb etdiyinə diqqət çəkdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər