“İtaliyanın “Eni” energetik şirkəti 2025-ci ilədək Rusiyanın təbii qazından tamamilə imtina edəcək”.
Bu müddət “Eni” şirkətinin hesabatında göstərilib.
Məlumata görə, şirkət hər il Rusiyadan 20 milyard kubmetr “mavi yanacaq” idxal edir. Bu həcmdə qazın 2 il ərzində digər ölkələrdən alınacaq təbii yanacaqla əvəz ediləcəyi ehtimal olunur.
Bildirilib ki, “Eni” hazırda bir sıra ölkələr, o cümlədən Əlcəzair, Misir və Konqo ilə yeni müqavilələr imzalayır. Şirkət Liviya, Anqola, Mozambik, İndoneziya və başqa dövlətlərdən də əlavə idxalat üçün imkanlar axtarır.