13 C
Baku
Friday, November 22, 2024

İtaliya 2028-ci ildə Monteneqronun Aİ-yə üzv qəbul ediləcəyinə ümidvardır

İtaliya 2028-ci ildə Monteneqronun Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olacağına ümidvardır.

Bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Podqoritsaya səfəri çərçivəsində Monteneqro Prezidenti Yakov Milatoviçlə görüşdə deyib.

Antonio Tayani bunun ölkəsinin Aİ-yə sədrlik edəcəyi 2028-ci ilin birinci yarısında baş verəcəyinə ümidvar olduğunu söyləyib. O, İtaliya Prezidenti Sercio Mattarellanın gələn ilin əvvəlində Monteneqroya səfər edəcəyini bildirib.

Yakov Milatoviç isə ölkəsinin Aİ-yə üzvlük yolunda əsas islahatları həyata keçirməyə davam edəcəyini deyib.

Görüşdə iki ölkə arasında yüksək səviyyədə davamlı siyasi dialoqla səciyyələnən münasibətlərin olduğu, enerji, investisiya və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər