3 C
Baku
Saturday, December 14, 2024

İtaliya açıq havada maska qaydasını ləğv etdi

İtaliyada fevralın 11-dən açıq havada maskadan məcburi istifadə olunması ilə bağlı qayda ləğv olunub.

Ölkənin səhiyyə naziri Roberto Speranza bununla bağlı müvafiq fərman imzalayıb.

Beləliklə, İtaliya sakinləri izdiham halında istisna olmaqla, açıq havada maska taxmaya bilərlər.

Bununla belə, ölkədə martın 31-nə kimi qapalı məkanlarda maska taxmaq məcburidir. Eyni zamanda, martın 31-i İtaliyada pandemiya ilə əlaqədar olaraq tətbiq edilən fövqəladə vəziyyət rejim başa çatır.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 23-də İtaliya küçədə məcburi qaydada maska taxmaq və ictimai nəqliyyatda FFP2 tipli maskadan istifadə etməklə bağlı qayda tətbiq etmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər