9 C
Baku
Thursday, December 12, 2024

İtaliya Afrikada iqlim dəyişikliyi ilə mübarizə üçün 3 milyard avro ayıracaq

İtaliya Afrika qitəsində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 3 milyard avro vəsait ayıracaq.

Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Hindistannın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələrinin liderlərinin Zirvə toplantısında deyib.

Baş nazir qeyd edib ki, İtaliyanın İqlim Fondu vəsaitlərinin 70 faizdən çoxunu Afrikaya yönəldəcək. Fond qarşıdakı beş il ərzində qeyd olunan vəsaiti ayırmaq niyyətindədir.

C.Meloni, həmçinin İtaliyanın Afrika və Aralıq dənizi ölkələrinin enerji təhlükəsizliyini dəstəkləmək və “yaşıl enerji” ixracını gücləndirmək üçün qarşılıqlı faydalı tərəfdaşlıqları təşviq edərək Avropa və Afrika arasında körpü rolunu oynamaq istədiyini vurğulayıb.

İtaliyanın Baş naziri Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Çinin Dövlət Şurasının sədri Li Çian və Hindistanın Baş naziri Narendra Modi ilə müzakirələr aparıb.

Son xəbərlər
Digər xəbərlər